Məktəbəqədər təhsil

“Kaspi” Təhsil Şirkəti 2007-ci ildən etibarən vətəndaşlarımıza “Kaspi Kids” adı altında azərbaycan və rus dillərində, 2018-ci ildən isə ingilis dilində məktəbəqədər təhsil kurslarını təklif edir. 4, 5 və 6 yaşlı uşaqlar üçün nəzərdə tutulan “Kaspi Kids” kursları Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Masazır qəsəbəsində yerləşən “Kaspi” mərkəzlərində fəaliyyət göstərir. Daha ətraflı məlumat üçün klikləyin.

“Kaspi” Təhsil Şirkəti 2014-cü ildən etibarən vətəndaşlarımıza “Kaspi” Uşaq Bağçası adı altında Bakı şəhərinin beş fərqli yerində bağça təhsilini təklif edir. Bağçalarımızda azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Daha ətraflı məlumat üçün klikləyin.

Bundan başqa, International Preschool Curriculum proqramı və standartları əsasında bir “Kaspi” Beynəlxalq Uşaq Bağçası da fəaliyyət göstərir, hansı ki, təhsil və tədris yalnız ingilis dilində aparılır. Daha ətraflı məlumat üçün klikləyin.