Kaspi Global

"Kaspi" Təhsil Şirkətinin xaricdə təhsil xidmətləri üzrə şöbəsi olan Kaspi Global 2009-cu ildən fəaliyyətə başlayıb. Bu şöbə xaricdə bakalavr və magistr təhsili üzrə konsultasiya, universitetlərə yerləşdirmə, viza, sənədləşmə üzrə xidmət göstərir.

Kaspi Global-ın göstərdiyi xidmətlər:

  • Xaricdə yay məktəbləri
  • Xarici universitetlərin qəbul imtahanlarına hazırlıq
  • Beynəlxalq təhsil sərgiləri
  • Xarici universitetlərin təqdimatlarının təşkili

Kaspi Global-ın 2008 / 2017 -ci illər üzrə nailiyyətləri:

  • Kaspi Global ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Rusiya, İtaliya, İsveçrə, Macarıstan, Latviya, Litva, Estoniya, Avstraliya, Kanada, Avstriya, Fransa kimi 20-dən çox ölkənin 100-dən çox nüfuzlu dövlət və özəl universitetlərinin rəsmi yerli nümayəndəsidir.
  • 22 xarici nüfuzlu dövlət universitetinin Azərbaycanda yeganə rəsmi nümayəndəsidir.
  • Bu illər ərzində 6 dəfə dünyanın nüfuzlu universitetlərinin iştirak etdiyi Beynəlxalq təhsil sərgiləri keçirilmişdir. Kaspi Global-ın təşkil etdiyi sərgilərdə 10000-dən çox tələbə iştirak etmişdir. Bu sərgilərdə tələbələr məlumatları birbaşa xarici universitetlərin nümayəndələrindən alaraq arzuladıqları universitetləri seçə bilmişlər.
  • Kaspi Global-ın dəstəyi ilə 250-dən çox tələbə bakalavr və magistr səviyyələri üzrə dünyanın top universitetlərindən olan Cambridge, Toronto, Glasgow kimi universitetləri də daxil olmaqla müxtəlif nüfuzlu beynəlxalq universitetlərə qəbul olmuşdur.

Kaspi Global-ın uğurlarının əsas səbəbləri:

  • Beynəlxalq təhsil sahəsində təcrübəli, xaricdə təhsil almış, dünyanın nüfuzlu universitetlərinin kampusları və akademik fəaliyyətləri ilə əyani tanışlığı olan peşəkar komanda
  • "Kaspi" Təhsil Mərkəzlərində TOEFL, IELTS, SAT, GRE kimi xarici universitetlərə qəbul imtahanlarına keyfiyyətli hazırlığın təşkil olunması imkanları
  • Rəsmi nümayəndəsi olduğumuz universitetlərin akademik üzvləri də daxil olmaqla nümayəndələri ilə Kaspi tələbələrinin görüşlərinin, universitetlərin təqdimatlarının təşkili
  • Yeganə rəsmi nümayəndəsi olduğumuz bəzi universitetlərin qəbul və müsahibə prosesinin Kaspidə təşkil edilməsi

Daha ətraflı məlumat üçün: http://www.kaspiglobal.com